Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə San Juan de Opoa şossesində baş verib.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Məlumata görə, avtobuslardan biri qanunsuz miqrantları daşıyırmış.
Honduras prezidenti Xiomara Kastro qəzada ölənlərin yaxınlarına başsağlığı verib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
