Türkiyənin Manisa şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Manisanı Yunusemre rayonundakı kağız istehsalı fabrikin anbarında naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.
Şəbnəm Mehdizadə
