Türkiyənin Balıkəsir şəhərində qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə Mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Ayvalık sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra Komandanlığın əməkdaşları hərəkətə keçib.
Qanunsuz yollarla Midilli adasına getmək istəyən və Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 20 nəfər xilas edilib.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
