Türkiyənin 14 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir mərkəzi Antalya olmaqla 14 vilayətdə keçirilən "Kıskaç-9" əməliyyatları zamanı 47 şübhəlinin ələ keçirildiyini açıqlayıb.
"Terrorçuların göz açmasına icazə verməyəcəyik. Qəhrəman polisimizi və prokurorluq əməkdaşlarına təşəkkür edirəm" – deyə nazir bildirib.
Şəbnəm Mehdizadə
