Türkiyənin Balıkesir şəhərində 45 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayvalık sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Təhlükəsizlik əməkdaşları göndərilib.
Qeyri-qanuni yollarla Midilli adasına getməyə çalışan 45 qanunsuz miqrant əməkdaşlar tərəfindən saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
