Türkiyənin Eskişehir şəhərində yaşayış binasının qarajında yanğın baş verib.
E-huquq.az xəbər verir ki, şəhərin Tepebaşı səmtində başlayan yanğın zamanı qarajda olan qaz balonlarının alışması nəticəsində kiçik partlayışlar baş verib.
Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Binada köməksiz vəziyyətdə qalan 60 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Hadisə nəticəsində 30 nəfər zərər çəkib.
Onlardan 8-i təcili yardımla xəstəxanaya aparılıb.
Yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
