Zambiya prezidenti Hakainde Hiçilema ölkədə fövqəladə vəziyyət elan edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Paytaxt Lusakada xalqa müraciətində Hiçilema təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıqla bağlı ölkədə fövqəladə vəziyyət elan edildiyini söyləyib.
Beynəlxalq tərəfdaşları humanitar yardıma çağıran Hiçilema kredit şirkətlərindən Zambiyanın borclarına yenidən baxılmasını istəyib.
Qeyd edək ki, ötən həftə ölkədə qarğıdalı və qarğıdalı ununun ixracı qadağan edilib.
Xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın bir sıra kredit şirkətinə borcu var.
Şəbnəm Mehdizadə
