Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb


  • 4 Mart 10:44

Haitidə həbsxanaya silahlı hücum nəticəsində 12 məhbus həyatını itirib, 3600 məhbus qaçıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Port-o-Prinsdəki "Croix des Bouquets" həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub.

Haiti hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar dəstələrin səhər həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Sözügedən həbsxanada 17 Kolumbiya vətəndaşının olduğu və Kolumbiya hökumətinin səlahiyyətliləri ilə əlaqə saxladığı bildirilib.

Yerli mətbuatda yer alan məlumatlara görə, son 3 gündə baş verən hücumlarda 4 polis əməkdaşı ölüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, baş nazir Ariel Henrinin istefası tələbi ilə bir müddətdir etiraz aksiyaları keçirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər