Yaponiyada 3 nəfər qar uçqunu altında qalıb


  • 4 Mart 10:52

Yaponiyanın Hokkaydo əyalətindəki Rişiri dağında qar uçqunu baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər uçqun altında qalıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri gedir.

Qeyd edək ki, ötən gün ölkənin Naqano əyalətindəki Kazafuki dağında da qar uçqunu baş verib və yüngül xəsarət alan 2 nəfər helikopterin köməyi ilə xilas edilib. Tottori vilayətində Daisen dağında baş verən uçqun fəlakətində 1 nəfər bölgədə alpinist tərəfindən xilas edilib, itkin düşən 2 nəfərin axtarışları isə davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər