Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yaralanıb


  • 4 Mart 11:47

Türkiyənin Nevşehir şəhərində zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehir-Kayseri avtomobil yolunda eyni istiqamətdə hərəkət edən 3 avtomobil toqquşub. Qəza yerinə jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə Nevşehirdəki xəstəxanalara göndərilib.

Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər