Almaniyada qocalar evində yanğın zamanı 4 nəfər ölüb, 23 nəfər yaralanıb


  • 4 Mart 13:26

Almaniyada qocalar evində yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsində yerləşən qocalar evində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Polisin verdiyi açıqlamaya görə, yanğın yerli vaxtla saat 03.50-də yanğın başlayıb.

Qocalar evindən 46 nəfər xilasedicilərin köməyi ilə təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər