Türkiyənin Mersin şəhərində qalaylama zovadunda yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinin Tarsus rayonunda yerləşən zavodda naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürən və bələdiyyə əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində müəssisəyə ciddi ziyan dəyib.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
