Məzmuna keç

ABŞ-da təyyarə qəzası nəticəsində 5 nəfər ölüb

ABŞ-ın Tennessi ştatında təyyarə qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Nashville şəhərində magistral yolun yaxınlığında baş verən qəza nəticəsində tək mühərrikli təyyarənin ekipajında olan 5 nəfər həlak olub.

Polis qəza yerində araşdırmaların davam etdiyini bildirib.

Magistral yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Şəbnəm Mehdizadə