Məzmuna keç

Yaponiyada gəmi qəzası baş verib

Yaponiyada 56 metrlik balıqçı gəmisi qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tokionun cənubundakı Kozuşima adasının sahillərində mühərriki xarab olan gəmidə köməksiz vəziyyətdə qalan 24 nəfərlik ekipaj xilas edilib.

Bir balıqçı isə itkin düşüb.

Hadisə yerinə Yaponiya Sahil Mühafizəsinin xilasedici helikopterləri gəlib.

İtkin düşən balıqçının axtarışları davam edir.

Şəbnəm Mehdizadə