Türkiyənin Ədirnə şəhərində 16 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə yoxlamalar aparıb.
Yoxlama zamanı ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 16 Əfqanıstan və Pakistan vətəndaşı saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
