Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə çalışan 4 nəfər yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Sərhədçilərimiz Yunanıstan və İrana keçməyə cəhd edən 4 nəfəri yaxalayıb. Saxlanılan şəxslərdən 1-nin FETÖ, 1-nin isə İŞİD üzvü olduğu müəyyən edilib" – deyə nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə
