Malavidə sel və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Malavi Fəlakət İdarəsi məlumat yayıb.
Məlumatda ölkənin Nxotakota bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfərin öldüyü, seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi bildirilib.
Təbii fəlakətdən təxminən 14 min insan zərər çəkib.
Zərərçəkmiş vətəndaşlar müvəqqəti olaraq çadırlara yerləşdirilib.
Şəbnəm Mehdizadə
