Məzmuna keç

Mikrovtobusla minik avtomobili toqquşub, ölənlər və yaralılar var

Türkiyənin Adana şəhərində ağır yol qəzası zamanı 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, hadisə Yüreğir rayonunun Suluca adlı ərazisində baş verib.

Belə ki, minik avtomobilinin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və mikroavtobusla toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişin həyatını tirib, mikroavtobusdakı 14 nəfər isə yaralanıb.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə