Məzmuna keç

Taylandda havanın çirklənməsi səbəbindən xəstəliyə yoluxanların sayı kəskin artıb

Taylandda son 1 ildə 10,5 milyon insan çirkli hava səbəbindən xəstəliyə yoluxub.

E-huquq.az xəbər verir ki, bu barədə Taylandın Milli İqtisadi və Sosial İnkişaf Şurasının (NESDC) hesabatında bildirilib.

Təkcə 2023-cü ildə 10,5 milyon insanın havanın çirklənməsi ilə bağlı xəstəliklərdən əziyyət çəkdiyi açıqlanıb.

2022-ci ildə 79 min 374, pandemiyanın bitdiyi 2023-cü ildə isə 478 min 175 qripə yoluxma faktı qeydə alınıb.

Şəbnəm Mehdizadə