Məzmuna keç

Fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası nəticəsində 8 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin Yavuzeli rayonunda fəhlələri daşıyan avtobus dirəyə çırpılıb.

Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzada yaralanan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına aparılıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə