Məzmuna keç

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə texniki nasazlıq yaranıb

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə texniki nasazlıq nəticəsində 50 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Sidneydən Oklendə uçan təyyarə texniki nasazlıq səbəbindən havada olarkən silkələnib.

Təyyarədə baş verən silkələnmə nəticəsində 50-yə yaxın adam xəsarət alıb.

Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib. 13 nəfər xəstəxanaya çatdırılıb.

Texniki nasazlığın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə