Məzmuna keç

Antalyada meşə yanğını baş verib

Türkiyənin Antalya şəhərində meşə yanğını baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Kəmər rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğının qısa müddətdə qarşısı alınıb.

Meşəlik ərazidən çıxarılan bir nəfər Kemer Dövlət Xəstəxanasına aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə