Məzmuna keç

Türkiyədə nəzarət-buraxılış məntəqəsindən qaçmağa çalışan 7 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində nəzarət-buraxılış məntəqəsindən qaçmağa çalışan 7 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, "dayan" xəbərdarlığına tabe olmayan nəqliyyat vasitəsi polis tərəfindən saxlanılıb.

Avtomobildən düşərək qaçmağa çalışan sürücü və 7 qanunsuz miqrant polis tərəfindən yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə