Məzmuna keç

Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 6 nəfər yaralanıb

Türkiyənin Giresun şəhərində şagirdləri daşıyan avtobus qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresunun Şebinkarahisar rayonunda məktəb avtobusunun dərəyə aşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində xəsarət alan sürücü və 5 şagird Şebinkarahisar Dövlət Xəstəxanasına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə