Türkiyənin Diyarbəkir şəhərində şagirdləri daşıyan mikroavtobus dərəyə aşıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Diyarbəkir-Silvan avtomobil yolunda qeydə alınıb.
Şagirdləri reabilitasiya mərkəzinə aparan avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları göndərilib.
Qəzada xəsarət alan şəxslər şəhər xəstəxanalarına çatdırılıb.
Şəbnəm Mehdizadə
