İstanbulda silahlı insident, ölən və yaralılar var


  • 18 Mart 11:40

Türkiyənin İstanbul şəhərində silahlı insident zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer adlı ərazisində yerləşən kafedə baş verib.

Aralarında ədavət olduğu iddia edilən iki qrup arasında başlayan mübahisə zamanı tərəflər bir-birinə atəş açıb.

Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.

Hadisəni törədən şəxslər oradan uzaqlaşıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər