İzmir sahillərində 48 qanunsuz miqrant xilas edilib


  • 18 Mart 11:48

Türkiyənin İzmir şəhərində 48 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Çeşmə və Karaburun iki xilasedici sal və rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə katerləri göndərilib.

Komandalar Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 48 nəfəri xilas edərək sahilə çıxarıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər