Məzmuna keç

İstanbulda terrorçuluğu təbliğ edən 75 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının təbliğatını aparan 75 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Novruz şənliyi tədbirində bir qrup şəxs qanunsuz şüarlar səsləndirərək PKK lideri Abdullah Öcalanın plakatını nümayiş etdiriblər.

Ərazidə aparılan təhlükəsizlik tədbirləri zamanı terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə axtarışda olan 2 nəfər də müəyyən edilərək saxlanılıb.

Şəbnəm Mehdizadə