Nigeriyada silahlı hücum nəticəsində 16 əsgər ölüb


  • 18 Mart 13:36

Nigeriyanın Delta əyalətində silahlı hücum zamanı 16 əsgər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə İnformasiya Müdiri Tukur Qusau məlumat verib.

O, əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərə hücum edildiyini bildirib.

Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyini qeyd edib.

Bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər