Çinin Hebey əyalətində restoranda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.
E-huquq.az CCTV News dövlət telekanalına istinadən xəbər verir ki, partlayış yerli vaxtla səhər saat 8 radələrində paytaxt Pekindən təxminən 80 km aralıda baş verib.
Partlayış nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Hadisə yerinə 36 texnika və 154 nəfər cəlb olunub.
Yanğın nəzarət altına alınıb, xilasetmə işləri davam etdirilir.
Şəbnəm Mehdizadə
