Türkiyənin Ərzurum şəhərində zəncirvari qəza olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus, mikroavtobus və minik avtomobilinin toqquşduğu yol qəzasında 14 nəfər yaralanıb.
Qəza yerinə polis, təcili yardım, xilasedicilər cəlb edilib.
Xilasetmə qrupları avtomobillərdə sıxışan bəzi sərnişinləri xilas edib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
