Türkiyənin Bingöl şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Bingöl valiliyi məlumat yayıb.
Məlumata görə, Bingölün Genç adlı ərazisində keçirilən əməliyat zamanı terrorçulara məxsus sığınacaqda terrorçulara məxsus zəruri ləvazimatlar və partlayıcı qurğular aşkar edilib.
Əməliyyat zonasında materiallar və sığınacaq məhv edilib.
Şəbnəm Mehdizadə
