Meksikanın Miçoakan əyalətində qazıntılar zamanı 132 nəfərə məxsus sümüklər aşkar edilib.
E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə qazıntı işləri aparılıb.
Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.
Tapılan qalıqlar şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Ədliyyə Tibb Mərkəzinə aparılıb.
Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.
Şəbnəm Mehdizadə
