Türkiyənin Çanaqqala şəhərində qanunsuz miqrantları daşıyan rezin qayığın batması nəticəsində 14 nəfər ölüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Çanaqqala valisi İlhami Aktaş məlumat verib.
O, rezin qayığın Çanaqqalanın Eceabat sahillərində batdığını bildirib.
Bölgəyə vertolyotlar, təyyarələr və Sahil Mühafizəsinin əməkdaşları göndərilib.
Xilas edilən 2 nəfər xəstəxanaya aparılıb.
Qayıqda nə qədər adamın olduğu barədə dəqiq məlumat yoxdur.
Şəbnəm Mehdizadə
