Ötən gecə Somalidə "Əş-Şəbab" terror təşkilatı üzvlərinin otelə hücumu nəticəsində 3 əsgər ölüb, 27 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Somali polisinin sözçüsü Kasım Əhməd Roble mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücumdan sonra başlayan qarşıdurmada 5 terrorçu zərərsizləşdirilib.
Roble bildirib ki, yaralılardan 3-ü millət vəkili, 9-u isə hərbçidir.
Hadisə ilə bağlı istintaq başladılıb.
Şəbnəm Mehdizadə
