Məzmuna keç

Almaniyadan Qəzza zolağına hava yolu ilə humanitar yardım göndərildi

Bu gün Almaniyadan Qəzza zolağı üçün hava yolu ilə humanitar yardım göndərilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Almaniya Hərbi Hava Qüvvələri xəbər verib.

"İordaniyadan havaya qalxan Almaniyanın “Hercules C130” hərbi-nəqliyyat təyyarəsi min metr hündürlükdən Qəzza zolağı üzərində paraşütlə dörd ton ərzaq göndərib", – deyə bildirilib.

"EFE" agentliyi qeyd edib ki, Almaniya Hərbi Hava Qüvvələrinin köməyi ilə ilk humanitar yardım ölkənin kansleri Olaf Şolzun İordaniyaya səfərindən bir neçə saat əvvəl baş verib.