Hindistanda tələbələr hücuma məruz qalıb, 2 tələbə yaralanıb


  • 18 Mart 14:38

Hindistanda müsəlman tələbələr hücuma məruz qalıb.

E-huquq.az “India Today”ə istinadən xəbər verir ki, Hindistanın Qucarat Universitetində yataqxana otaqlarında namaz qılan tələbələrə daş və dəyənəklə hücum edilib. Nəticədə 2 iki tələbə yaralanıb.

Hücum edən şəxslər tələbələrin qaldığı yataqxana otaqlarını da dağıdıb.

Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada hökumətin hadisəni törədənlərə qarşı sərt tədbirlər görəcəyi qeyd olunub.

Tələbələr əvvəlcə 15 olan hücumçuların sayının sonradan 200 nəfərə çatdığını qeyd ediblər.

Qucarat Universitetinin prorektoru Neerja Arun Qupta da universitetin əcnəbi tələbələrinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər