Ötən il Çində nikahların sayı artıb


  • 18 Mart 14:52

Son 10 ildə ilk dəfə Çində nikahların sayında artım qeydə alınıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Vətəndaşlıq İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən il ölkədə 7 milyon 680 min cütlük nikah bağlayıb. Beləliklə, yeni evlənənlərin sayında 2022-ci ilə nisbətən 845 min artım olub.

Qeyd edək ki, Çində nikahların sayı 2013-cü ildə 13 milyon 470 minlə ən yüksək həddə çatsa da, sonrakı 9 ildə azalıb.

Digər tərəfdən, ölkədə boşanmaların sayı 2022-ci ilə nisbətən 2 milyon 100 min artıb.

Çin əhalisinin 2022-ci ildə başlayan ümumi azalma tendensiyası 2023-cü ildə də davam edib. 2022-ci ildə 1 milyard 411 milyon olan Çinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona düşüb.

Hökumətin stimullaşdırıcı siyasətinə baxmayaraq, ölkədə iqtisadi artımın səngiməsi, yaşamaq və uşaq böyütmək üçün orta xərclərin artması səbəbindən yeni nəsillər ailə qurmaq və uşaq sahibi olmaqda tərəddüd edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər