Türkiyədə fabrikdə güclü partlayış olub, ölənlər və yaralılar var


  • 18 Mart 17:34

Türkiyənin Kocaeli şəhərində fabrikdə baş partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda yerləşən fabrikdə baş verib.

Hadisə yerinə polis, təcili yardım və AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) əməkdaşları cəlb edilib.

Kocaeli valisi Seddar Yavuz ölənlərin yaxınlarına başsağlığı verib.

O, hadisə ilə bağlı ətraflı araşdırılma aparıldığını söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər