İtaliyada 3 xizəkçi helikopterlə xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Piedmont bölgəsindəki Mondole dağında 2300 metr yüksəkliyə qalxdıqdan sonra orada köməksiz vəziyyətdə qalan 3 xizəkçi üçün xilasetmə əməliyyatı aparılıb.
Xilasetmə qrupu vertolyotla bölgəyə gələrək xizəkçilərin olduğu yerə qalxıb.
Xizəkçilərin səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
