Haitidə silahlı hücumlar zamanı 10 nəfər həyatını itirib.
E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, paytaxt Port-o-Prensin cənubundakı Petionville bölgəsində iki dəstə arasında münaqişə baş verib.
Haiti polisinin sözçüsü tərəfindən verilən açıqlamada təhlükəsizlik qüvvələrinin hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, 8-14 mart tarixləri arasında paytaxtda 16 min 947 insan şəbəkələrin törətdiyi zorakılıqlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Şəbnəm Mehdizadə
