Məzmuna keç

“Crocus City Hall”da ölənlərin sayı 150-yə çatıb –

Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***

13.58

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

10.22

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

08.29

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, – kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

02.00

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Bununla belə, ölənlərin sayı hələlik dəyişməyib – 40 nəfər.

***

2024.03.22 – 23.30

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi bildirib.

***

22.46

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı bildirib.

***

22.18

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

E-huquq.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

***

21.54

Moskvada yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma olub.

E-huquq.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Maskalı şəxslər içəridə olanlara atəş açıb, ilkin məlumata görə, azı 15 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Hadisədən sonra binada yanğın başlayıb.