Rusiyanın Samara şəhərinin Kuybışev rayonunda yerləşən neft emalı zavodunun ərazisində yanğın olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV şəhərin Vahid Növbətçi Dispetçer Xidmətinə istinadən məlumat yayıb.
Yerli sakinlər sosial şəbəkələrdə ərazidə iki partlayış səsi eşitdiklərini yazıblar.
