Məzmuna keç

Rusiyada terrora görə daha bir nəfər saxlanıldı

“Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara “Avito” elanlar servisi vasitəsilə kirayə verib.

Beləliklə, “Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb.