Məzmuna keç

Putin: Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır

Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır.

E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun Kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, miqrasiya sahəsində vəziyyət çox vacibdir və ona nəzarət edilməlidir: “Bu sahədə vacib və milyonlarla insanı narahat edən vəziyyətə nəzarət olunmalıdır.

Putin prokurorluğa cinayətkarlıqla mübarizə üçün qabaqlayıcı tədbirlər üzərində düşünməyi tapşırıb: “Əlavə qabaqlayıcı, profilaktik və digər anti-cinayət tədbirləri sistemi üzərində düşünmək, o cümlədən miqrasiya sahəsində qanunun aliliyinə riayət etmək lazımdır”.