İzmir sahillərində 36 qanunsuz miqrant xilas edilib


  • 27 Mart 10:46

Türkiyənin İzmir şəhərində 36 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Dikili sahillərində iki xilasedici salda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan sallar sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər