Yaponiyada pəhriz dərmanı qəbul edən yüzlərlə insan xəstəxanaya yerləşdirilib


  • 27 Mart 12:57

Yaponiyada pəhriz dərmanı qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada tərkibində qırmızı düyü mayası olan “Beni-koji” adlı pəhriz dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Xəstələrin əksəriyyətinin "böyrək xəstəliyindən" şikayət etdiyi bildirilib.

Dərmanı istehsal edən yapon şirkəti sözügedən məhsulu ölkə daxilində bazardan geri çəkəcəyini bildirib.

Səhiyyə Nazirliyi məhsulu istehlak edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.

Nazirliyin yaydığı açıqlamada şirkətə məxsus 6 min məhsulda təcili yoxlamalar aparılacağı da qeyd olunub.

Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər istehlak etdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər