İstanbulda PKK/KCK-ya qarşı əməliyyat: 10 nəfər saxlanılıb


  • 27 Mart 15:16

Türkiyənin İstanbul şəhərində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatında fəaliyyət göstərən 11 şübhəli müəyyən edilib.

Polisin müəyyən edilən ünvanlarda həyata keçirdiyi əməliyyat zamanı 10 şübhəli saxlanılıb.

1 şübhəlinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər