Türkiyədə avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb


  • 27 Mart 17:01

Türkiyənin Düzce bölgəsində sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində 17 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq baryerlərə çırpılıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər göndərilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər