Türkiyədə oteldə güclü yanğın baş verib


  • 28 Mart 10:14

Türkiyənin Qars şəhərində oteldə yanğın baş verib.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 mərtəbəli otelin çardağında naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə böyüyüb və otelin digər hissələrini də əhatə edib.

Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Oteldə qalan vətəndaşlar işçilər tərəfindən təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər